Gənclər üçün düşərgə təşkil olunub

Gənclər üçün düşərgə təşkil olunub
  01 Sentyabr 2014    Oxunub:1171
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yardımı ilə "Stream Camp" Sağlam Gənclər Düşərgəsi keçirilib.

Düşərgə 01 avqust 2014-cü ildən 06 avqust 2014-cü il tarixinədək Xaçmaz rayonun Nabran qəsəbəsində yerləşən “Kardinal” İstirahət Mərkəzində təşkil olunub.

Düşərgədə sağlam həyat tərzilə bağlı müxtəlif təlimlər keçirilib. Gənclər gün ərzində müxtəlif məşğələlərə, oyunlara cəlb olunublar.

Düşərgədə həmçinin gənclərə ilkin tibbi yardımın göstərilməsi, təxliyyə qaydaları və digər təhlükəsizlik qaydaları da öyrədilib.

Bundan başqa, gənclər üçün aktiv istirahət də təşkil olunub. Onlara komanda ilə yaşamaq və birgə işləmək, ünsiyyətdə olmaq öyrədilib.


Teqlər:





Xəbər lenti