FHN azyaşlı uşağı xilas etdi

FHN azyaşlı uşağı xilas etdi
  21 Sentyabr 2014    Oxunub:1395
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda bağlı qapı arxasında 1 nəfər azyaşlı köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, mənzilin giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyytədə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə çoxmərtəbəli yaşayış binasının damından xüsusi alət və avadanlıqlar vasitəsilə 16-cı mərtəbədə yerləşən mənzilin eyvanına enərək daxil olublar.

Xilasedicilər tərəfindən köməksiz vəziyytdə qalmış azyaşlı aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:35-də başa çatıb.


Teqlər:





Xəbər lenti