Çaya düşən şəxsin cəsədi tapılıb

Çaya düşən şəxsin cəsədi tapılıb
  27 Aprel 2013    Oxunub:1313
Gürcüstan ərazisində çaya düşən şəxs, Azərbaycan ərazisində tapılıb.
FHN-dən AzVision.az-a verilən məlumata görə, Gürcüstan ərazisində Qanıxçay (Alazan) çayına düşmüş şəxsin axtarışları başa çatıb. Cəsəd çayın Azərbaycan ərazisindən keçən hissəsində tapılaraq sudan çıxarılıbvə Gürcüstan tərəfinə təhvil verilib.

Qeyd edək ki, axtarış-xilasetmə tədbirləri Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi və Dövlət Sularda Xilasetmə Xidməti tərəfindən birgə həyata keçirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti