Nazirliyi yenə aldatdılar

Nazirliyi yenə aldatdılar
  09 Sentyabr 2014    Oxunub:1260
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olublar.

Mənzilə baxış keçirilərkən insan faktoru aşkar edilməyib.

Əməliyyat saat 09:41-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti