Yunanıstanın xarici işlər naziri Dimitris Avramopulos Azərbaycana səfərə gələcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, aprelin 29-30-na nəzərdə tutulan səfər çərçivəsində Yunanıstan XİN rəhbəri ölkə rəhbərliyi, həmçinin azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər şəxslərlə görüşəcək.