Fond: “Yayılan məlumatlar yanlışdır”
Qeyd olunmalıdır ki, əmək pensiyalarının əhaliyə sabit və dayanıqlı catdırılmasını təmin etmək məqsədilə həyata keçirilən tədbirlər nəticəsində ilin ötən dövrü ərzində əmək pensiyalarının maliyyələşdilrilməsi daim vaxtında həyata keçirilmiş, pensiyaların hər ay üzrə əhaliyə çatdırılması təmin edilmişdir. Fond tərəfindən gələcəkdə də pensiyaların vaxtında maliyyələşdirilməsi üçün lazımi tədbirlər davam etdirilir. Lakin son günlər bəzi kütləvi informasiya vasitələrində pensiyaların əhaliyə çatdırılmasında gecikmələrə yol verildiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yer almaqdadır. Bir daha bildiririk ki, hər hansı mənbəyə istinad olunmadan, birtərəfli qaydada yayılan bu informasiyalar qərəzli və yanlışdır.