“Ermənistanı Gömrük ittifaqında istəmirlər” – Sarkisyan

“Ermənistanı Gömrük ittifaqında istəmirlər” – Sarkisyan
  25 Avqust 2014    Oxunub:1905
Gömrük İttifaqının (Gİ) heç də bütün üzvləri Ermənistanı öz sıralarında görmək istəmirlər.
AzVision.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan prezidenti Serj Sarkisyan bildirib.

“Təbii ki, Gömrük ittifaqı bir ölkə deyil. Bu qurumun heç də bütün üzvləri Ermənistanın ora qoşulmasına sevinmir. Biz problemləri olan balaca ölkəyik və təbii ki, istənilən ittifaqa qoşulma, bu ittifaqa üzv ölkələr üçün də bəzi problemlər yaradır” – deyə, prezident bildirib.

Ermənistan prezidenti həmçini bildirib ki, əgər onun ölkəsini bu qurumda görmək istəməsəydilər onda İttifaq üzvləri bu məsələyə veto qoyardılar”.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti