Bakıda biznes forumu
Prezident İlham Əliyev və Prezident Andris Berzinş forumda çıxış ediblər.
İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan və Latviya tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı və qida sənayesi, informasiya-kommunikasiya texnologiyaları, turizm, sığorta, səhiyyə, tikinti, təhsil, konsaltinq, maliyyə, nəqliyyat, logistika, energetika və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın iş adamı iştirak edib.