«Büdcədən elmə daha çox pul ayrılsın»
«Elmə daha çox pul ayrılsa yaxşı olar. Gənclərin elmə maraq göstərməməsi bizi narahat edən məsələlərdəndir. Doktorantura və dissertasiyaya sənəd verənlərin sayı vakant yerlərdən az idi və bu gələcəkdə bizim üçün daha böyük problemlər yaradacaq. Elmi mütəxəssislərin elmi qurumlarla ali məktəblər arasında əməkdaşlığı qənaətbəxş deyil. Qonşu ölkələrlə müqayisədə elmi namizədlərə və elmi adlara görə verilən pullar da azdır”,-deyə rektor bildirib.
Əhliman Əmiraslanov AMEA-nın illik hesabatını yüksək qiymətləndirib.
Sevinc İltifatqızı