Elmar Məmmədyarov Knesset sədri ilə görüşdü

Elmar Məmmədyarov Knesset sədri ilə görüşdü
  24 Aprel 2013    Oxunub:1277
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İsrailə səfəri çərçivəsində Knessetin sədri Yuli Edelşteyn ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə E.Məmmədyarovun İsrailə səfərinin iki ölkə arasındakı münasibətlərin inkişafı üçün əhəmiyyətli olduğu, ikitərəfli münasibətlərin inkişaf etdiyi bildirilib.

Azərbaycanın tolerant ölkə olduğunu vurğulayan Knesset sədri İsrailin ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Nazir Elmar Məmmədyarovu müşayiət edən Azərbaycanın yəhudi təşkilatlarının nümayəndələri yəhudilərin Azərbaycanda tarixən birgə yaşadıqlarını bildirib və ölkəmizdəki tolerantlıqdan söz açıb.

Yəhudi təşkilatlarının nümayəndələri Azərbaycanın ən böyük probleminin Ermənistan-Azərbaycan münaqişəsi olduğunu vurğulayıb və bu münaqişənin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə əmin olduqlarını söyləyiblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti