Restart: Nabranda gənclər üçün düşərgə

Restart: Nabranda gənclər üçün düşərgə
  12 Avqust 2014    Oxunub:2004
"Uğurlu Gələcək Naminə" Gənclər İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə "RESTART" Sağlam Gənclər Düşərgəsini təşkil edib.

Düşərgə 26 iyul 2014-cü ildən 01 avqust 2014-cü il tarixinədək Xaçmaz rayonun Nabran qəsəbəsində yerləşən “MƏKAN” İstirahət Mərkəzində təşkil olunub.

Düşərgədə sağlam həyat tərzi ilə bağlı müxtəlif təlimlər keçirilib. Gənclər gün ərzində müxtəlif məşğələlərə, oyunlara cəlb olunublar.

AzVision.az


Teqlər:  





Xəbər lenti