Bağlanan universitetin tələbələri hara köçürüldü?

Bu barədə Təhsil Nazirliyindən AzVision.az-ın özəl sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, fəaliyyəti dayandırılmış İctimai-Siyasi Universitetdə təhsil almış tələbələr ixtisaslari üzrə müvafiq ali təhsil müəssisələrinə - Qərb Universiteti, Odlar Yurdu Universiteti, Təfəkkür Universiteti, Avrasiya Universiteti və Asiya Universitetinə köçürülüblər.
Qeyd edək ki, Təhsil Nazirliyi Azərbaycanda fəaliyyət göstərən İctimai-Siyasi Universitetin lisenziya müddətinin uzadılmaması, orada təhsil alan tələbələrin başqa ali məktəblərə köçürülməsi barədə qərar vermişdi.
Nazirlik universitetin fəaliyyət dayandırılmasına səbəb kimi, orada təhsilin keyfiyyətinin aşağı olmasını əsas gətirib.
“Bu ali təhsil müəssisəsində təhsil formal xarakter daşıyır və kafedralar qanunverciliyə uyğun qurulmayıb”-deyə nazirlikdən bildirilib.
Universtetdə 566 tələbənin təhsil aldığı qeyd edilirdi.
Sevinc İltifatqızı
AzVision.az