DİN 23 nəfəri həbs etdi

DİN 23 nəfəri həbs etdi
  07 Avqust 2014    Oxunub:2769
Avqustun 7-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 62 cinayət faktından 21-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş 10 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 22 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 23 nəfər tutulub.


Teqlər:





Xəbər lenti