Birincilərlə bağlı yeni xəbər

Bildirilib ki, hazırda 2696 nəfər qeydiyyatdan keçib. Elektron ərizə vasitəsilə müraciət edənlərin sayının artacağı, 4000-5000 nəfər olacağı gözlənilir.
İdarədən bildiriliblər ki, artıq avqust ayının 5-dən etibarən müsahibələrə başlanılıb.
Öncədən təşkil edilmiş xüsusi komissiyaların iştirakı ilə həyata keçirilən müsahibələr sentyabr ayının 10-dək davam edəcəkdir.
Müsahibə iştirakçıları nəticələrini 48 saat ərzində bakuedu.az saytında bu mövzu ilə əlaqədar yaradılmış bölmədən öyrənə biləcəklər.
Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən I sinfə qəbul həmin il sentyabrın 16 - dan dekabrın 31 - dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir
Sevinc İltifatqızı
AzVision.az