ABŞ Azərbaycanda viza verməyə başladı

ABŞ Azərbaycanda viza verməyə başladı
  04 Avqust 2014    Oxunub:2282
ABŞ-ın ötən aydan başlayan yaranan viza problemi həll olunmaq üzrədir.

Bu barədə AzVision.az-a ABŞ-ın Azərbaycandakı səfirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, problem ötən həftənin sonlarından etibarən qismən aradan qaldırılıb və bəzi vətəndaşlara viza verilməsinə başlanılıb.

“Viza problemi hələ tam həll edilməyib. Hazırda bu istiqamətdə işlər aparılır. Problem həll olunmaq üzrədir. Problem tam aradan qaldırılandan sonra ictimaiyyətə məlumat veriləcək”-deyə səfirlikdən bildirilib.

Qeyd edək ki, iyul ayının son günlərindən başlayaraq, ABŞ bütün dünyada vizaların verilməsi prosesini dayandırmışdı. Səbəbi isə ABŞ Dövlət departamentində viza sistemi ilə bağlı problemlərin yaranması ilə izah edilmişdi.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti