Deputatımız Türkiyədə seçkiləri izləyəcək

Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbirdə türkdilli ölkələr arasında əməkdaşlığın inkişafı və inteqrasiya proseslərinin sürətləndirilməsi məsələləri müzakirə olunacaq, türk xalqlarının tarixi, mədəniyyəti, etnoqrafiyası, müasir dünyada yeri və rolu barədə məlumatlar dinləniləcək, türk dünyasının qədim adət və ənənələri, folklor nümunələri nümayiş etdiriləcək.
Sonra deputat Qənirə Paşayeva Türkiyədə keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün avqustun 9-da Ankaraya yola düşəcək. Deputat Avropa Şurası Parlament Assambleyasının xətti ilə bir sıra seçki məntəqələrində prosesin gedişini izləyəcək, təşkilati məsələlər, seçicilərin fəallığı ilə yaxından tanış olacaq.
Səfər avqustun 12-də başa çatacaq.
Teqlər: