Gəncədə gənclərə xüsusi güzəştli evlər veriləcək

Ərazidə bir ədəd yanğınsöndürən və içməli su anbarları, bundan başqa əhalini fasiləsiz işıqla təmin etmək üçün 1600 kilovatlıq transformator da tikiləcək. Bundan başqa avtomobil dayanacaqları, uşaqların əylənməsi üçün oyun meydançaları, əlil vətəndaşların rahat hərəkətini təmin etmək üçün xüsusi yollar salınacaq. Binanın tikintisinə 500-ə yaxın canlı qüvvə, 20-yə yaxın ağır texnika cəlb edilib. Bir neçə korpusdan ibarət olan tikilinin bu ilin sonu istifadəyə verilməsi planlaşdırılır. Gəncədə ehtiyacı olan şəxslərin mənzillərlə təmin olunması istiqamətində atılan bu addım xüsusən gənclərin ev problemlərini böyük ölçüdə həll edəcək.
Teqlər: