Marqvelaşvili azərbaycanlı deputatı sıxışdırır

Marqvelaşvili azərbaycanlı deputatı sıxışdırır
  01 Avqust 2014    Oxunub:1382
Gürcüstanda sabiq prezident Saakaşvilinin partiyasından olan deputatlar hakimiyyət tərəfindən təzyiqlərə məruz qalır.

Bu barədə AzVision.az-a Saakaşvilinin lideri olduğu Vahid Mİlli Hərəkat partiyasının üzvü, Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov deyib.

A.Süleymanovun sözlərinə görə, deputat mandatı daşısa da Marqvelaşvili hakimiyyəti tərəfindən təzyiqlərə məruz qalır.



“Gürcüstan hakimiyyəti Saakaşvilinin dünyadakı nüfuzudan qorxaraq, onu qısqanaraq bizim partiyanın tərəfdarlarını sıxışdırmağa başlayıb. Bizlərin deputat kimi toxunulmazlığımız var. Amma buna baxmayaraq, ətrafımızda olan insanları sıxışdırırlar. Onlar haqqında müəyyən fikirlər toplayır, məhkəməyə gedirlər. Lakin, buna baxmayaraq, həyat mübarizədir. Biz heç vaxt qoymarıq ki, bu dövləti dağıtsınlar. Saakaşvilinin gördükləri işləri, Gürcüstan üçün etdiklərini unutmaq olmaz”-deyə, A.Süleymanov əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti