“Avropa Parlamenti Avropa İttifaqının (Aİ) icraçı orqanının müdafiə xərcləri ilə bağlı seçilmiş deputatların rəyinə məhəl qoymamaq planlarına görə Berlamonda (AK-nin mənzil-qərargahı – red. ) məhkəməyə verməyə hazırdır”, - qəzet yazır.
Nəşr qeyd edir ki, Metsola təşəbbüsün Avropa Parlamentindən yan keçməməsi üçün “Avropanın yenidən silahlanması”na 150 milyard avro həcmində kreditin cəlb olunmasında hüquqi bazanın dəyişdirilməsi ilə bağlı AK-nin rəhbəri Ursula fon der Lyayenə məktub göndərib.
Qanunverici orqanın tələbinə məhəl qoyulmayacağı təqdirdə AP-nin AK-ni məhkəməyə verməyə hazır olduğu vurğulanır. Materialda AP-nin Hüquq Məsələləri Komitəsinin daha əvvəl AK-nin məsələnin həllində qanunvericilərin iştirakından yan keçmək niyyətini qanunsuz elan etdiyi də diqqətə çatdırılır.
![]() |
Euractiv: “Aİ-nin yenidən silahlanma planı xülyadır” - VİDEO |
Bununla bağlı AK Aİ ölkələrinə büdcə güzəştləri verəcək və həmçinin regional inkişaf üçün nəzərdə tutulan vəsaitləri hərbi xərclərə yönəldəcək. Martın 6-da Brüsseldə keçirilən fövqəladə sammitdə Aİ liderləri bu planı razılaşdıraraq, AK-yə ətraflı təkliflər hazırlamağı tapşırıblar.
AK sədri həmçinin bəyan edib ki, strategiya Aİ ölkələrinin müdafiə xərclərinin ÜDM-in 1,5%-i qədər artırılmasını nəzərdə tutur.
- Üzv dövlətlərin müdafiə xərcləri 2021-ci ildən bəri 31%-dən çox artıb, lakin bu, kifayət deyil. Çünki bu, ABŞ, Rusiya və Çinin xərclərindən azdır”, - Ursula fon der Lyayen bildirib.
AK-nin fikrincə, Avropanın müdafiəsinin bərpası uzun müddət ərzində həm dövlət, həm də özəl sərmayələr tələb olunur.
Sahil İsgəndərov
AzVision.az