Tramp: “G8 formatına qayıtmaq artıq gecdir”

      Tramp:    “G8 formatına qayıtmaq artıq gecdir”
  07 May 2025    Oxunub:754
ABŞ prezidenti Donald Tramp Rusiyanın Böyük Səkkziliyə (G8) qaytarılması imkanının əldən buraxıldığını bildirib.
AzVision.az xəbər verir ki, Amerika lideri jurnalistlərlə keçirdiyi mətbuat konfransında belə açıqlama səsləndirib.

“Düşünürəm ki, indi Rusiyanı geri qaytarmaq üçün münasib vaxt deyil. Biz o fürsəti əldən verdik, elə deyilmi? Bəzi insanların daha bir gözəl qərarını da əldən verdik”, - Donald Tramp vurğulayıb.

Fevralın ortalarında Tramp Rusiyanın G8-dən çıxarılmasını səhv adlandırmışdı. Moskva 2014-cü ildə Krımın ilhaqından sonra G8 klubundan qovulub. Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-nin iştirakı ilə G8 əvvəlki kimi G7 formatına qayıtdı.

Maraqlıdır ki, 2020-ci ildə Tramp “X” sosial şəbəkəsində Vaşinqtonun bir vaxtlar Rusiyanı “Böyük Səkkzilik”dən çıxarmaqda israr etdiyini yazmışdı. Çünki Moskva xarici siyasət arenasında ABŞ-nin ovaxtkı prezidenti Barak Obamanı faktiki olaraq tamamilə üstələmişdi. Amerika liderinin iddiasına görə, həmin illərdə ABŞ hər şeydə zəif idi, xüsusilə də Rusiyaya münasibətdə.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   G8  





Xəbər lenti