Zelenski etimad reytinqində uduzur - VİDEO

Belə ki, rəyi soruşulanların 70%-i Zalujnını və 65%-i Budanovu dəstəklədiyi halda, Zelenski rezpondentlərin yalnız 58%-nin eimadını qazanıb.
Bu həftə Ukraynada prezident seçkiləri keçirilsəydi, ukraynalıların 28,9%-i birinci turda Zelenskiyə, 16,7%-i isə Zalujnıya səs verəcəkdi. Bununla belə, ikinci turda Zalujnı 32%-ə qarşı 37% etimad qazanaraq hazırkı prezidentə qalib gələcəkdi.
Ukrayna prezidentinin səlahiyyətləri beş illik hakimiyyətdən sonra 2024-cü ilin mayında başa çatıb. Bundan sonra konstitusiyaya görə, yeni seçkilər təyin olunmalı idi, lakin hərbi vəziyyətə görə bu edilməyib.
“Ölkədəki ağır vəziyyətə və diqqəti cari təhdidlərə yönəltmək zərurətinə görə münaqişə bitməmiş səsvermə haqqında danışmaq məqsədəuyğun deyil. Amma Rusiya ilə müharibə başa çatdıqdan 90 gün sonra ölkədə prezident seçkiləri keçirilə bilər”, - Zelenski amerikalı bloger Leks Fridmanla söhbətində deyib.
Onun yenidən seçkilərə qatılıb-qatılmayacağı ilə bağlı sualın cavabında Ukrayna prezidenti bunun münaqişənin nəticəsindən, ukraynalılardan və onun ailəsindən asılı olduğunu vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Zelenski Zalujnı Budanov