Azərbaycan Rusiyadan döyüş təyyarələri alacaq

Bu barədə APA-ya təyyarənin istehsalçısı olan «İrkut» şirkətindən məlumat verilib.
Rusiya tərəfi təyyarənin Azərbaycan Hərbi Hava Qüvvələri üçün təqdimatını keçirib.
Ötən il Rusiyada səfərdə olan Azərbaycanın hərbi pilotları təyyarədə uçuşlar həyata keçirib, texniki-taktiki göstəriciləri ilə yaxından tanış olublar.
«Bəzi prosedurlar həyata keçirilir. Düşünürük ki, Azərbaycan yaxın gələcəkdə Yak-130 istifadəçisi olan ölkələr siyahısında yer alacaq», - deyən şirkət nümayəndəsi Azərbaycanın konkret olaraq neçə təyyarə alacağını açıqlamayıb.
İkiyerli təlim-döyüş təyyarəsi olan Yak-130 "4++" və "5"-ci nəsil döyüş təyyarələrinin pilotlarının hazırlanması üçündür.
Təyyarənin silahlanmasında idarə olunan və olunmayan raketlər yer alır. Hazırda bu təyyarələr Rusiya, Belarus və Əlcəzairin silahlanmasında yer alır.