Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir

Saat 11.00-da başlanan imtahan 2 saat 30 dəqiqə davam edəcək.
İmtahana nəzarətçi-müəllimlər nəzarət edirlər.
Rezidentura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi bu il martın 30-da keçirilib və 956 namizəd müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyərək imtahanın ikinci mərhələsinə buraxılıb.
Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının birinci mərhələsi iyulun 26-da olub, ikinci mərhələsi isə iyulun 27-də keçirilir.
Teqlər: