Erməni kəşfiyyatçıları təmas xəttini keçməyə cəhd etdi

Bu barədə Azvision.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Məlumata əsasən, silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb. Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri itki verərək geri çəkilməyə məcbur edilib.
Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.
Eldar Tanrıverdiyev