Bir qrup etirazçı Nyu-Yorkda Nəsrullaha "cənazə mərasimi" keçirib

   Bir qrup etirazçı Nyu-Yorkda Nəsrullaha "cənazə mərasimi" keçirib
  24 Fevral 2025    Oxunub:313
ABŞ-nin Nyu-York şəhərində bir qrup Fələstin tərəfdarı ötən ilin sentyabrında İsrail Hərbi Hava Qüvvələrinin Beyruta aviazərbəsi nəticəsində öldürülən "Hizbullah" lideri Həsən Nəsrullah üçün etiraz aksiyası mahiyyətli cənazə mərasimi keçirib.
"The Times of Israel" xəbər saytının məlumatına görə, aksiya şəhərdəki Vaşinqton Meydanı parkında baş tutub. Nümayişçilər Fələstinə dəstək şüarları səsləndiriblər. "Mərasim"də Həsən Nəsrulla hın və onunla oxşar aqibəti bölüşən HƏMAS qruplaşmasının lideri Yəhya Sinvarın fotoları, habelə "Hizbullah"ın bayrağı havaya qaldırıb.

Eyni zamanda, İsrail tərəfdarları onlara qarşı duraraq, İsrail və ABŞ bayraqlarını dalğalandırıb, etiraz şüarları dilə gətiriblər. Polisin müdaxiləsi ilə qruplar dağıdılıb.

Məlumat üçün bildirək ki, "Hizbullah" lideri Həsən Nəsrullah ötən ilin sentyabrında həyatını itirsə də, onun dəfn mərasimi dünən baş tutub. O, İsrailin hücum ehtimalına qarşı Livanda müvəqqəti surətdə gizli yerdə torpağa tapşırılıb.

("Hizbullah" qruplaşmasının lideri Həsən Nəsrullahın Livanda baş tutan dəfn mərasimi)

Firudin Həmidli
AzVision.az


Teqlər: Hizbullah   lider   aksiya   Nyu-York  





Xəbər lenti