Pentaqon Moskvaya və Kiyevə məsləhət verir

“Burada dayanıb: “sən yaxşısan, pissən, diktatorsan, diktator deyilsən, işğal etdin, işğal etmədin” deməyin heç bir faydası yoxdur. Bu qeyri-məhsuldar yanaşmadır”, - Heqsət bəzilərinin müharibənin başlanmasında kimin məsuliyyət daşıdığını söyləməkdə niyə tərəddüd etdikləri barədə saulın cavabında deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Ukrayna ilə Rusiya arasındakı mübahisələrə zərurət olmadan müdaxilə etmir. Heqset iddia edir ki, belə taktika tərəfləri əvvəlkindən daha çox sülhə yaxınlaşdırıb: “Mən bu söhbətlərdən xəbərdar idim. Çox irəliləyiş əldə olunub”.
Heqset, eyni zamanda, ABŞ-nin artıq Rusiyanı “təcavüzkar” adlandırdığını və Ukraynaya qarşı müharibəyə məhz Moskvanın başladığını inkar etmədiyinə diqqət çəkib.
- Biz bunu dəfələrlə bəyan etmişik. Bu, çılğın iddia deyil - Ukraynaya təcavüz olub. Əvvəlki administrasiya belə deyirdi - kiçik bir işğal və Putin bunu zəiflik siqnalı kimi qiymətləndirərək, işğal etdi”, - Pentaqonun rəhbəri vurğulayıb.
O, həmçinin bildirib ki, Trampın hər bir müzakirəsi “güclü mövqedən gedir”. Məhz bu reallıq ukraynalıları və rusları danışıqlar masası arxasına oturmağa vadar edib.
Sahil İsgəndərov
AzVision.az