Belçika vətəndaşlara "yolka"ları yeməməyi tövsiyə edir

Belçika vətəndaşlara "yolka"ları yeməməyi tövsiyə edir
  08 Yanvar 2025    Oxunub:525
Belçikada xalqa maraqlı müraciət ünvanlanıb.
Sakinlərə bayram şamını yeməmək tövsiyə olunub. Belçikanın Qida Təhlükəsizliyi Agentliyi bu xəbərdarlığı çərşənbə axşamı yayıb.

"Milad ağacları qida zəncirinə aid deyil", - agentlik bəyan edib.

Yerli media yazıb ki, qurumun məlum bəyanatı “yaşıllar”ın mövqelərinin güclü olduğu Gent Şəhər Şurasının saytında sakinlərə ünvanladığı qəribə müraciətə cavabdır. Belə ki, saytda insanlar küçələrdə yığılıb qalan zibillərin miqdarını azaltmaq üçün milad ağaclarını yeməyə dəvət ediliblər. Gent rəhbərliyi Skandinaviya ölkələrinin təcrübəsindən ilhamlanıblar. Hansı ki, burada ağacların yarpaqlarından sendviçlər üçün pastalar hazırlanması kimi adət var. Bunun üçün əvvəlcə iynəyarpaqlı ağacı qurudurlar.

Tural Tağıyev
AzVision.az



Teqlər: Belçika  





Xəbər lenti