Qonşusu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb

Qonşusu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb
  16 Dekabr 2024    Oxunub:698
Mingəçevirdə ötən gün bıçaqlanan 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənli müalicə aldığı xəstəxanada ölüb.
Bu barədə AzVision.az -a Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.

Qeyd edilib ki, araşdırmalarla 1990-cı il təvəllüdlü Elvin Rüstəmovun dekabrın 15-i şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəxtiyar Həsənliyə bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsilə cinayət işi başlanıb.

Elvin Rüstəmov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

AzVision.az




Teqlər:





Xəbər lenti