Daşaltıda Turizm İnformasiya Mərkəzi yaradılacaq

   Daşaltıda Turizm İnformasiya Mərkəzi yaradılacaq
  14 Dekabr 2024    Oxunub:981
Daşaltıda turizm infrastrukturunun yaradılması işləri sürətlə davam edir və artıq layihənin 60 %-i tamamlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına həsr olunmuş mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Daşaltıda Turizm İnformasiya Mərkəzinin yaradılması üzrə işlər gedir: "Bu layihə turistlərin daha rahat məlumat əldə etməsini və bölgənin turizm potensialının daha geniş şəkildə tanıdılmasını təmin edəcək”.

K. Quluzadə qeyd edib ki, bu addımlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin turizm potensialını inkişaf etdirmək və bölgəyə yerli və xarici turistlərin axınını təmin etmək məqsədi daşıyır.

AzVision.az


Teqlər:





Xəbər lenti