TSAXAL Suriyaya 1,8 min bomba atıb - "Al Mayadeen" |
"Biz şərəfimizi qorumaq üçün İsrailin Qolanına qoşulmaq istəyirik və bu, bütün ətraf kəndlərə aiddir. Çünki Haderin taleyi bütün bölgəmizin taleyidir", - videoda çıxış edənlərdən biri qeyd edib.
Xatırladaq ki, dekabrın 7-8-də İsrail qoşunları yarım əsr ərzində ilk dəfə Suriya sərhədini keçərək Qolan təpələrinə daxil oldular. Heç bir müqavimət görməyən ordu Hermon dağ silsiləsinin Suriya tərəfində olan ərazilərinə nəzarəti ələ keçirdi.
Bu gün isə “Al Mayadeen” nəşri yazıb ki, İsrail Suriyanın hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün bir neçə saat ərzində 500-dən çox hədəfə 1,8 min bomba atıb.
Tural Tağıyev
AzVision.az