"Koçaryan işi" üzrə məhkəmə iclası təxirə salınıb

 "Koçaryan işi"  üzrə məhkəmə iclası təxirə salınıb
  13 Dekabr 2024    Oxunub:982
Ermənistanın keçmiş prezidenti, hərbi cani Robert Koçaryan və digər yüksək rütbəli məmurların işi üzrə məhkəmə iclası növbəti dəfə təxirə salınıb.
Yerli medianın yaydığı məlumata görə, buna səbəb vəkillərdən birinin məhkəmə iclasına qatılmaması olub.

Qeyd edilib ki, baş nazirin keçmiş müavini Armen Gevorkyanın vəkili Lusine Saakyan dekabrın 13-də keçirilən iclasda iştirak etməyib.

Ohanyan və Xaçaturov "alçaq, cinayətkar!" şüarları ilə qarşılandı - VİDEO
"Səhər saatlarında o, səhhətinə görə iclasa gələ bilməyəcəyi ilə bağlı məhkəməyə xəbərdarlıq edib və iclasın təxirə salınması barədə vəsatət verib. Hakim Sarkis Petrosyan bir müddətli müzakirələrdən sonra iclasın təxirə salınmasına qərar verib. Tarix müntəzəm müzakirələrdən sonra müəyyən ediləcək", - "Sputnik Armeniya" yazıb.

Bundan əvvəl Ermənistanın eks-prezidenti Robert Koçaryan jurnalistlərə açıqlamasında ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu iddia etmişdi. Məhkəmə iclasları isə dəfələrlə müxtəlif səbəblərdən təxirə salınıb.

Xatırladaq ki, Koçaryan və digər hərbi canilər olan keçmiş müdafiə naziri Seyran Ohanyanla Baş Qərargah rəisi işləmiş Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyan konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olunurlar (Ermənistan Cinayət Məcəlləsinin 300.1-ci maddəsi) 2021-ci ilin martında Konstitusiya Məhkəməsi işə xitam versə də, proses 2024-cü ilin sentyabrında bərpa edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Koçaryan  





Xəbər lenti