Tramp Rusiyanın “dondurulmuş” aktivlərini azad etməyə cəhd göstərə bilər

   Tramp Rusiyanın    “dondurulmuş”    aktivlərini azad etməyə cəhd göstərə bilər
  12 Dekabr 2024    Oxunub:701
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bloklanmış Rusiya aktivlərini açmağa cəhd etmək ehtimalı var.
AzVision.az xəbər verir ki, Amerikanın “New York Times (NYT)” qəzetində dərc olunan materialda belə deyilir.

“Nəzəri cəhətdən Tramp Rusiya mərkəzi bankının aktivlərinin dondurulduğu sanksiyaları ləğv etməklə Ukraynaya ayrılmış krediti qaytarmağa cəhd edə bilər. Ancaq belə bir təşəbbüs respublikaçılar arasında dəstək tapmaya bilər. Eyni zamanda, çətin ki, bu cəhd kreditin Avropaya aid hissəsinə təsir edəcək”, - qəzet yazır.

Moskva Vaşinqtonu “soyğunçuluq” da günahlandırıb
Qeyd edək ki, bundan əvvəl ABŞ Xəzinədarlığı Rusiyanın dondurulmuş suveren aktivlərindən əldə edilən gəlirlərdən geri qaytarılmaqla G7-nin ümumi krediti çərçivəsində (50 milyard dollar) Ukraynaya 20 milyard dollar məbləğində kredit veriləcəyini açıqlayıb. Moskva Rusiyanın Avropadakı aktivlərinin dondurulmasını oğurluq adlandırır. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov isə bəyan edib ki, bunun qarşılığında Moskvanın da Qərb ölkələrinin Rusiyadakı aktivlərini qaytarmamaq imkanı olacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Rusiya   pullar  





Xəbər lenti