"Meta" Trampa 1 milyon dollar bağışladı

"Meta" Trampa 1 milyon dollar bağışladı
  12 Dekabr 2024    Oxunub:565
Amerikanın "Meta" şirkəti ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiya fonduna 1 milyon dollar bağışlayıb.
AzVision.az xəbər verir ki, bu barədə "The Wall Street Journal"məlumat yayıb.

"Meta" Trampın hesablarına qoyulan məhdudiyyətləri ləğv edib
Bildirilir ki, “Meta”nın rəhbəri Mark Zukerberq bu yolla Trampla münasibətləri yaxşılaşdırmağa çalışır. Nəşr xatırladıb ki, Tramp “Amerikanı xilas etmək” kitabında iş adamını 2020-ci il seçkilərində ona qarşı sui-qəsddə günahlandırıb və 2024-cü il seçki kampaniyası zamanı seçkilərə müdaxilə edəcəyi təqdirdə amerikalı iş adamını həbslə hədələyib.

Xatırladaq ki, bundan öncə Zukerberq Mar-a-Laqo (Florida) iqamətgahında ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla görüşüb. Görüşün təşəbbüskarı isə “Meta”nın rəhbəri olub.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Meta   DonaldTramp   MarkZukerberq  





Xəbər lenti