İrlandiyalı jurnalist amerikalılara müraciət edib

   İrlandiyalı jurnalist    amerikalılara    müraciət edib
  12 Dekabr 2024    Oxunub:793
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Taqanroq şəhərinə ABŞ istehsalı olan “ATACMS” uzaqmənzilli raketlərlə zərbə endirməsindən sonra irlandiyalı jurnalist Çey Bouz Amerika vətəndaşlarına müraciət ünvanlayıb.
AzVision.az xəbər verir ki, Çey Bouz “X” sosial şəbəkəsində amerikalıları Ukraynanın Rusiyadakı hədəflərə raket hücumlarına dəstək olub-olmadıqları barədə düşünməyə çağırıb.

“Rüsvayçılıqla verilən bu raketlərdən yenidən Rusiyaya hücum etmək üçün istifadə olundu. Bu dəfə - Taqanroqdakı bir aerodrom. Adi amerikalılar nə düşünür? Bu dəliliyindəstəkləyirsiniz? Bu, sizin adınızdan edilir?”, – paylaşıma ABŞ prezidenti Co Baydenin çıxışından bir fraqment əlavə edən jurnalist sual verir.

Bundan əvvəl Ukrayna qoşunları Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərindəki hərbi aerodroma Amerika istehsalı olan altı “ATACMS” ballistik raketi ilə hücum edib. Rusiya Müdafiə nazirliyinin açıqlamasında onların hamısının vrurlduğu və ya elektron mübarizə vasitələri ilə yayındırıldığı bildirilib. Həmçinin, bu hücumun cavabsız qalmayacağı vurğulanıb.

Maraqldır ki, məhz bundan sonra adını açıqlamayan amerikalı məmurlardan biri Rusiyanın yaxın günlərdə Ukraynaya ikinci dəfə “Oreşnik” raketi ilə zərbə endirə biləcəyi barədə xəbərdarlıq edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Bouz   amerikalılar   müraciət  





Xəbər lenti