Kürdlər ABŞ PUA-sını vurublar

Kürdlər ABŞ PUA-sını vurublar
  12 Dekabr 2024    Oxunub:711
Pentaqonun rəsmisi Suriya səmasında ABŞ-nin “MQ-9 Reaper” pilotsuz təyyarəsi ilə əlaqənin kəsildiyini təsdiqləyib.
AzVision.az bildirir ki, ABŞ Müdafiə nazirliyinin rəsmisinin “Anadolu” agentliyinə verdiyi yazılı açıqlamada, ABŞ Hərbi Hava Qüvvələrinin dekabrın 9-da Suriya səmasında “Sarsılmaz qətiyyət” əməliyyatı çərçivəsində uçuş həyata keçirən “Inherent Resolve MQ-9 Reaper” adlı PUA aparatı ilə əlaqənin itirildiyi etiraf olunur.

Hərbi məmur hazırda pilotsuz təyyarə ilə əlaqənin kəsilməsinin səbəblərini və sonrakı hərəkətləri müəyyən etmək üçün hadisənin qiymətləndirilməsinin aparıldığını bildirib.

“Anadaolu” agentliyi xatırladır ki, bir gün əvvəl PKK/YPG yaraqlıları Suriyada Türkiyənin ANKA tipli PUA-sını vurduqlarını iddia edərkən, sosial şəbəkələrdə yayımlanan görüntülərdən onun Amerikanın “MQ-9 Reaper” təyyarəsinin qalıqları olduğu nəzərə çarpırdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   PUA   kürdlər  





Xəbər lenti