FTB-nin gələcək rəhbəri Zelenskinin fəaliyyətini yoxlamaq istəyir

   FTB-nin gələcək rəhbəri Zelenskinin fəaliyyətini yoxlamaq istəyir
  12 Dekabr 2024    Oxunub:763
ABŞ-nin gələcək prezidenti Donald Tramp tərəfindən Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru vəzifəsinə namizədliyi irəli sürülən Keş Patel “Ukrayna prezidenti Volodimir Zelenskinin fəaliyyətini araşdırmağı” planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə Patelin özü “Kash's Corner” podkastında deyib.
FTB-nin gələcək rəhbəri Ukraynanın amerikalı vergi ödəyicilərinin pullarından necə istifadə etdiyini öyrənməyi zəruri sayır.

“Bu xüsusilə, Vaşinqtondan yeni ianələr almaq üçün Zelenskinin Qərbin təhlükəsizliyinə yalan təhdidlər uydurmadığını dəqiqləşdirmək üçün lazımdır”, - Keş Patel vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Patel   Zelenski   yoxlama  





Xəbər lenti