Tramp müharibəni dərhal dayandırmaq istədiyini deyib

Tramp müharibəni    dərhal dayandırmaq    istədiyini deyib
  11 Dekabr 2024    Oxunub:1175
ABŞ-nin gələcək prezidenti Donald Tramp Fransalı və Ukraynalı həmkarları Emmanuel Makron və Volodimir Zelenski ilə üçtərəfli görüşündə dərhal atəşkəs və danışıqlara nail olmaq istədiyini təsdiqləyib.
AzVision.az xəbər verir ki, Parisdə Tramp-Makron-Zelenski üçtərəfli görüşünün təfərrüatlarını bilən 5 mənbəyə istinad edən “Reuters” agentliyi belə məlumat yayıb.

Adlarını açıqlamayan mənbələrin dediyinə görə, görüş 35 dəqiqə davam edib, lakin üç ölkənin liderləri dünyaya baxışın konkret detallarını müzakirə etməyiblər. Həmsöhbətlərdən biri Trampın “dostyana, hörmətlə və açıq şəkildə” davrandığını və “dinləmə rejimində” olduğunu qeyd vurğulayıb.

“Görüşdə bəzi əsas məqamlar müzakirə olunub. Xüsusilə, təminatlardan danışılıb, çünki tək atəşkəs kifayət deyil və Rusiya prezidenti Vladimir Putin onu poza bilər. Tramp bütün detallar barədə düşünür”, - Ukrayna prezidentinin Zelenskinin ofisindən olan həmsöhbət bildirib.

Trampa yaxın bir neçə adı çəkilməyən məmur ABŞ-nin yeni prezidentinin görüşlər zamanı diqqətini şəxsi münasibətlərin qurulmasına yönəltiyini iddia edib. Makron isə, iki həmsöhbətin fikrincə, görüşdə sübut etməyə çalışıb ki, Avropa Ukraynanı dəstəkləmək üçün çox işlər görüb və ABŞ ilə təhlükəsizlik yükünü “daha bərabər şəkildə” bölüşdürməyə hazırdır.

20 dəqiqəlik Tramp-Makron-Zelenski üçtərəfli görüşü
Qeyd edək ki, bundan əvvəl “BFMTV” telekanalının yayımladığı materialda parisdə baş tutmuş Tramp-Makron-Zelenski üçtərəfli görüşünün cəmi 20 dəqiqə davam etdiyi bildirilirdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Makron   Zelenski  





Xəbər lenti