"Bütün vasitəçilik səylərini alqışlamağa hazırıq" - Peskov

"Bütün vasitəçilik səylərini alqışlamağa hazırıq"    - Peskov
  05 Dekabr 2024    Oxunub:744
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna münaqişəsi ilə bağlı diqqət çəkən açıqlamalar verib.
O, RİA Novosti-yə müsahibəsində deyib ki, Rusiya Ukrayna məsələsi üzrə danışıqlara dair bütün vasitəçilik səylərini alqışlayacaq.

"Biz bütün vasitəçilik səylərini alqışlamağa hazırıq",- Peskov qeyd edib.

Ruslar Donbasda bir aya Londonun yarısı boyda ərazini tutublar - "Financial Times"
Xatırladaq ki, keçən həftə Astanada mətbuat konfransı keçirən Rusiya prezidenti Vladimir Putin Kremlin Ukrayna ilə danışıqlara hazır olduğunu təsdiqləmişdi. Amma danışıqlar onun əvvəllər qeyd etdiyi şərtlər üzrə baş tutmalıdır.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  





Xəbər lenti