Paşinyan Qarabağdan gedən erməniləri məyus edib

Paşinyan Qarabağdan gedən erməniləri  məyus edib
  21 Noyabr 2024    Oxunub:857
Ermənistanın baş naziri Nikol Paşinyan dövlət büdcəsindən Azərbaycanın Qarabağ bölgəsini tərk etmiş ermənilərə ayrılan məbləğin mərhələli şəkildə azaldılmasına münasibət bildirib.
AzVision.az xəbər verir ki, hökumətin bu paketi sıfırlamadığını, əksinə, müəyyən sosial qruplara dəstək verdiyini və əslində əmək qabiliyyətli insanları işləməyə, ehtiyaclarını özlərinin ödəməsinə sövq etdiyini bildirb.

“Bizim yoxsulluğun qiymətləndirilməsi sistemində strategiyamız belə olmalıdır: biz addım-addım əmək qabiliyyətli insana hər hansı dəstəyin göstərilməsindən ümumiyyətlə imtina etmirik. Digər tərəfdən isə, əlilliyi olan insanların iş vərdişlərinə yiyələnməsinə kömək etməliyik. Müasir dünyada əlil arabasına məhkum olan bir insan işləyə və kifayət qədər yaxşı qazana bilər. Biz sadəcə əməyi təşviq etməliyik, çünki bir daha deyirəm, əvvəl də demişəm, indi də təkrar edirəm və hesab edirəm ki, kasıblığın əməklə aradan qaldırılması aksiomadır”, - Paşinyan deyib.

Onun sözlərində görə, işləmədən yoxsulluğa qalib gəlmək mümkün deyil. Ona görə də hökumət insanın yoxsulluğunu qiymətləndirəndə, onu işləməyə məcbur etməyən faktiki sistem yaradanda aydın plana əsaslanmalıdır. Əks təqdirdə belə çıxır ki, Ermənistan hökuməti dövlət səviyyəsində insanı yoxsulluğa məhkum edir. Ona görə də bu məntiq dəyişdirilməlidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Paşinyan   Qarabağ   ermənilər   müavinətlər  





Xəbər lenti