Məşhur aktyor: "LGBT səhnəsi Gladiator 2-dən kəsildi"

   Məşhur aktyor:    "LGBT səhnəsi Gladiator 2-dən kəsildi"
  15 Noyabr 2024    Oxunub:284
Məşhur aktyor, Oskar mükafatlı almış Denzel Vaşinqton diqqət çəkən açıqlamalar verib.
"Variety"nin yaydığı məlumata görə, sənətçi onun personajının başqa bir kişi ilə öpüşməsini əks etdirən səhnənin "Gladiator 2" filmindən kəsildiyini etiraf edib.

Ulduz aktyor filmdə varlı romalı siyasətçi Makrinus rolunu oynayıb. Hansı ki, ssenariyə əsasən o, başqa kişilərlə münasibətdə olmalı imiş.

“Və mən həqiqətən də kişi ilə öpüşdüm. Amma onu filmin kadrından çıxartdılar. Məncə, sadəcə qorxdular...”, – aktyor qeyd edib.

İyul ayında Qladiator 2-nin rəsmi treyleri nümayiş olunub. 2000-ci ildə çəkilmiş kult filmin davamının premyerası oktyabrın 18-də baş tutub. Məşhur film noyabrın 22-də ilk dəfə Amerika kinoteatrlarında nümayiş olunacaq. Qladiator 2-dəki hadisələr birinci filmdəki Rassel Krou tərəfindən canlandırılan Maksimus hadisələrindən iyirmi ildən sonra baş verir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Aktyor  





Xəbər lenti