Üçüncü “Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Üçüncü “Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
  22 Oktyabr 2024    Oxunub:361
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli üçüncü “Uğur yolu” karyera inkişafı proqramının qalibləri ilə görüşüb.
Görüşdə iştirakçıların fərdi inkişaf planları müzakirə edilib, bilik və bacarıqlarının
artırılması istiqamətində tövsiyələr verilib. Səməd Bəşirli üçüncü “Uğur yolu” karyera inkişafı proqramının qaliblərini qazandıqları uğur münasibətilə təbrik edib. Müsabiqənin
əməkdaşların bilik və bacarıqlarının, liderlik və strateji düşünmə xüsusiyyətlərinin aşkarlanması
üçün yaxşı fürsət olduğunu vurğulayan nazir müavini karyera yüksəlişi ilə bağlı şəxsi
təcrübəsini bölüşüb, iştirakçıların fəaliyyəti, peşəkar hədəfləri ilə maraqlanıb.
Görüşdə iştirakçıların fərdi inkişaf planlarının reallaşdırılması ilə bağlı görülən işlər müzakirə
edilib. Qaliblər müsabiqənin nəticəsi olaraq cəlb olunduqları müxtəlif təlimlərin onların hərtərəfli
peşəkar mütəxəssis kimi yetişməsinə töhfə verdiyini qeyd ediblər. Əməkdaşlara bilik və
bacarıqlarının, həmçinin idarəçilik təcrübələrinin artırılması istiqamətində tövsiyələr verilib.
“Uğur yolu” karyera inkişafı proqramı İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşları arasında intellektual səviyyəsi və idarəçilik qabiliyyəti
yüksək olan şəxslərin seçilməsi, onların lider kimi hərtərəfli inkişafı və peşə hazırlığının
dəstəklənməsi, kadr ehtiyatı bankının formalaşdırılmasını təmin etmək məqsədilə təsis olunub.
Qaliblər müxtəlif təlimlərə və mentorluq proqramlarına cəlb olunurlar.
AzVision.az



Teqlər:





Xəbər lenti