Ukrayna Rusiya qazının tranzitindən imtina edərsə...

   Ukrayna Rusiya qazının tranzitindən imtina edərsə...
  20 Oktyabr 2024    Oxunub:1207
Ukraynanın qaz tranzitindən imtina etməsi hansı ölkələrə təsir edəcək?
Kiyevin Rusiya qazının tranzitinin dayandırılması qərarı enerji bazarında bahalaşmaya , eləcə də Avropada qiymətlərin artmasına səbəb olacaq. Rusiya Hökuməti yanında Maliyyə Universitetinin eksperti və Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov RT-yə müsahibəsində belə deyib.

Xatırladaq ki, 2022-ci ilin yazında Ukraynanın öz ərazisindən keçən iki marşrutdan birini bağlaması Avropada enerji böhranına səbəb olmuşdu. Həmin vaxt qazın min kubunun qiyməti 3 min dollara çatmışdı.

Rusiyalı analitik hesab edir ki, bu gün Ukraynanın tranziti dayandırmaq niyyəti yeni qiymət artımına səbəb olacaq.

“Qarşıdan soyuq qəş gəlir. Odur ki, gündəlik qaz istehlakının həcmi kifayət qədər yüksələcək. Qış sərt, şaxtalı keçərsə, vəziyyət daha acınacaqlı olacaq. Qiymətlər 200-300 dollar arta bilər”, - deyə mütəxəssis bildirib.

Tranzitin dayandırılmasından ən çox Slovakiya, Avstriya və Moldova zərər çəkəcək.

“Slovakiya və Avstriyanın hazırda dənizə çıxışı yoxdur, onlar dünya bazarında mayeləşdirilmiş təbii qaz almalı olacaqlar. Onun tranzit xərcləri isə bu ölkələrə baha başa gələcək. Slovakiya üstəlik tranzitdən də pul itirəcək, çünki o, daha Avstriyaya qaz nəql edə bilməyəcək. Moldova nəzəri cəhətdən rus qazını cənub marşrutundan - “Türk axını” vasitəsilə ala bilər”, - Yuşkov əlavə edib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk bildirmişdi ki, Rusiya qazının avropalı istehlakçıları Kiyevin Moskva ilə tranzit sazişi müddətini uzatmaqdan imtina etməsi ilə bağlı yaranmış vəziyyətdən xəbərdardırlar.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti