Azərbaycan çempionu 4 illik diskvalifikasiya olunub

   Azərbaycan çempionu 4 illik diskvalifikasiya olunub
  14 Oktyabr 2024    Oxunub:887
Hündürlüyə tullanma üzrə Azərbaycan çempionu Yusif Abdullayev 4 illik diskvalifikasiya olunub.
AMADA-nın mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub.

O, nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməməyə görə cəzalandırılıb. Atletin cəzası sentyabrın 11-dən qüvvəyə minib və 2028-ci il sentyabrın 10-da bitəcək.

Qeyd edək ki, Y.Abdullayev bu ilin mayında hündürlüyə tullanma üzrə Azərbaycan çempionu olub.

AzVision.az



Teqlər:





Xəbər lenti