Qallant "Pentaqon" rəhbəri ilə danışıb

   Qallant "Pentaqon" rəhbəri ilə danışıb
  23 Sentyabr 2024    Oxunub:925
İsrailin müdafiə naziri Yoav Qallantla ABŞ-li həmkarı, "Pentaqon"un rəhbəri Lloyd Ostin arasında telefon danışığı baş tutub.
Bu barədə Yoav Qallant "X" hesabında yazıb. O, həmkarını İsrail Ordusunun Livanda fəaliyyət göstərən "Hizbullah" terror təşkilatına qarşı əməliyyatının cari vəziyyəti ilə bağlı məlumatlandırıb.

"Əməliyyatlar nəticəsində "Hizbullah"ın mülki İsrail vətəndaşlarına hücumlar hazırlama gücü getdikcə azalır", - Qallant vurğulayıb.

Tərəflər həmçinin ümumi regional şərait, habelə İran və onun tərəfdaşlarının yaratdığı təhdidlər ətrafında müzakirələr aparıblar.
Çin vətəndaşlarını İsraildən çıxmağa çağırıb

Xatırladaq ki, İsrail və iranyönümlü "Hizbullah" arasında oktyabrda Qəzza zolağındakı müharibəyə paralel şəkildə başlamış toqquşmalar ötən günlərdə terrorçulara məxsus peycer cihazlarının partlaması və qruplaşmanın hadisədə İsraili günahlandırması nəticəsində daha da intensivləşib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   ABŞ   Yaxın-Şərq   münaqişə  





Xəbər lenti