"Uduzsam, növbəti seçkidə namizəd olmayacağam" - Tramp

"Uduzsam, növbəti seçkidə namizəd olmayacağam" -    Tramp
  23 Sentyabr 2024    Oxunub:369
"Hazırkı prezident yarışında məğlub olsam, 2028-ci ildə keçiriləcək növbəti seçkidə yenidən namizəd olmayacağam".
AzVision.az xəbər verir ki, bunu Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp "Full Measure" proqramında deyib.

Ermənilər Trampın qələbəsindən qorxur
"Xeyr, olmayacam. Amma ümid edirəm ki, bu ilki seçkidə uğur qazanacağıq", - deyə o bildirib.

Bir müddət öncə Donald Tramp deyib ki, yəhudilərdən dəstək görməsə, uduzacaq. Məlumata görə, yəhudi seçicilərin yalnız 40%-i onu dəstəkləyir.

Xatırladaq ki, ABŞ-da 60-cı prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Hazırkı vitse-prezident Kamala Harris Demokratlar Partiyasından namizədliyini irəli sürür.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   ABŞ   DonaldTramp   seçki  





Xəbər lenti