"Şamaxı"dan gedənlərin sayı 15 oldu

"Şamaxı"dan gedənlərin sayı 15 oldu
  21 İyul 2024    Oxunub:1563
“Şamaxı” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
AzVision.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu Cəlal Cəbrayılovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

22 yaşlı futbolçu ötən ilin yayından "Şamaxı"da çıxış edirdi.

Qeyd edək ki, "Şamaxı" bu yay Əkpər Vəliyev, Süleyman Damadayev, Elçin Qasmov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov, Salman Əsgərov, Fuad Bayramov,, Sahib Həsənov, Kənan Quliyev və Lubeni Haukonqo ilə də yolları ayırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti