Bu il Azərbaycandan ən çox Rusiyaya reys təşkil olunub

Hesabat dövründə Azərbaycandan ən çox Rusiyaya 3 624 reys təşkil olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,9 % çoxdur.
Təkcə iyun ayında Azərbaycandan 2477 aviareys təşkil olunub. Bu da 1 il əvvələ nisbətən 24,4 % çoxdur. İyunda isə Rusiyaya 727 reys təşkil olunub ki, bu da ötən ilin may ayı ilə müqayisədə 18,5 % çoxdur.
6 ay ərzində Rusiyadan sonra ən çox Azərbaycandan Türkiyəyə aviareys təşkil olunub. Bu ölkəyə 2 620 reys olub ki, bu da illik müqayisədə 8,8 % çoxdur.
İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 1 522 reyslə (+39,8 %) daxil olub.
AzVision.az
Teqlər: