İllər öncə Ukrayna ssenarisindən qaça bildik - Kobaxidze
“Ukraynalaşma mövzusuna, Gürcüstanda Ukrayna ssenarisini inkişaf etdirmək cəhdlərinə, xüsusən “Maydan”ı, daha sonra ikinci cəbhəni inkişaf etdirmək cəhdlərinə gəlincə, biz bu barədə çox danışmışıq.
Təəssüf ki, konkret siyasi qüvvələr açıq şəkildə müvafiq təbliğata qoşularaq Gürcüstanda ikinci cəbhənin açılmasını açıq tələb edirdilər. Təbii ki, bu, ölkəmizə təzyiqi artırdı, lakin biz illər ərzində müvafiq ssenaridən qaça bildik və əminəm ki, biz bunu gələcəkdə də bacaracağıq”, - Kobaxidze vurğulayıb.
AzVision.az
Teqlər: