Türk Mədəniyyəti və İrsi Fondunun ilk şura toplantısı baş tutub - FOTOLAR
30 Aprel 2024
Oxunub:1342
Aprelin 30-da Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) ilk şura toplantısı keçirilib.
Mədəniyyət Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, tədbirdə mədəniyyət naziri Adil Kərimli, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, TMİF-in prezidenti Aktotı Raimkulova, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Çingiz Esenqul Uulu və Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı iştirak ediblər.
Toplantıda 3 noyabr 2023-cü il tarixində Qazaxıstanın Astana şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatı dövlət başçılarının X Zirvə Görüşü çərçivəsində Fondun qarşısına qoyulan vəzifələr, o cümlədən 2024 və 2025-ci illər üzrə Fəaliyyət Planı, Türk Mədəni İrsi Konvensiyasının hazırlanması məsələləri ətrafında müzakirələr aparılıb.