Muxtar Babayev ABŞ-nin energetika nazirinin müavini ilə görüşüb

   Muxtar Babayev ABŞ-nin energetika nazirinin müavini ilə görüşüb
  19 Aprel 2024    Oxunub:1176
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının prezidenti Muxtar Babayev ABŞ-nin energetika nazirinin müavini Devid Terk ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə COP29-un "X" hesabından bildirilib.

Beynəlxalq Valyuta Fondu və Dünya Bankı qrupunun Vaşinqtonda keçirilən yaz iclasının İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası (IMFMeetings) çərçivəsində baş tutan görüşdə gələcəyin enerji sistemi ilə bağlı müzakirə aparılıb.

“IMFMeetings COP29-dan əvvəl impuls və konsensus üçün fürsətdir. COP29 komandası ədalətli və nizamlı enerji keçidi təminatı ilə yanaşı gələcəyin enerji sistemini necə quracağımızı ABŞ Energetika nazirinin müavini Devid Terk ilə müzakirə edərək səyləri davam etdirib", - məlumatda vurğulanıb.

AzVision.az


Teqlər: Azərbaycan   ABŞ   COP29  





Xəbər lenti